İqbal Ağazadənin işığını kəsən şəxs ruhi xəstə imiş - RƏSMİ

 İqbal Ağazadənin işığını kəsən şəxs ruhi xəstə imiş -  RƏSMİ
  27 Noyabr 2019    Oxunub:3010
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib.

İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil veriblər.

“İqbal Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, Vladislav Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb xəstəxanasında daimi qeydiyyatdadır. Şəxs ilkin izahatında bildirib ki, İqbal Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir”.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti