Səbailin icra başçısı Baş nazirə müraciət edib

 Səbailin icra başçısı Baş nazirə müraciət edib
  27 Noyabr 2019    Oxunub:2482
Bakının Səbail rayonu, Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş nazirə ünvanladığı müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Baş nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə əlaqədar Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayonu İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb.

Aytən Zəhra
Azvision.az




Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti