Vasif Talıbovdan daha bir təyinat

Vasif Talıbovdan daha bir təyinat
  27 Noyabr 2019    Oxunub:2214
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı fərmanla Əməkdar jurnalist Mətanət Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin baş redaktor müavini vəzifəsinə təyin edilib.
Azvision.az xəbər verir ki, M.Məmmədova buna qədər həmin qəzetdə müxbir kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ötən gün imzaladığı digər bir fərmanla həmin vəzifədə çalışan Rauf Əliyev (Kəngərli) Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri təyin edilib.

Azvision.az






Teqlər: Naxçıvan   Jurnalist  





Xəbər lenti