Kolumbiya Dairəsi “erməni soyqırımı”nı tanıdı

 Kolumbiya Dairəsi “erməni soyqırımı”nı tanıdı
  27 Noyabr 2019    Oxunub:2797
ABŞ-ın Kolumbiya Dairə Şurası qondarma “erməni soyqırımı”nı təsdiqləyən qətnamə qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Amerika Erməni Məclisinin saytı məlumat yayıb.

Qətnamədə deyilir ki, Kolumbiya Dairəsi qondarma “erməni soyqırımı”nın 104-cü ildönümünü tanıyır və həmin hadisələrin mahiyyətini anlayır. Eyni zamanda, ərazidəki əhalinin bu barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilmiş qətnamə Senatda müzakirə olunmalı idi. Lakin respublikaçı senator Lindsi Qrem sənədi blokladığından onu qəbul etmək mümkün olmayıb.

Senator noyabrın 13-də Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra qətnaməni bloklamaq hüququndan istifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Erməni   Soyqırım  





Xəbər lenti