Milli Qəhrəman Albert Aqarunovla bağlı kitab işıq üzü görüb

Milli Qəhrəman Albert Aqarunovla bağlı kitab işıq üzü görüb
  25 Noyabr 2019    Oxunub:921
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Turan Nəsirovanın “Milli Qəhrəman Albert Aqarunov və Vətən sevgisi” adlı kitabı nəşr olunub.
Azvision.az xəbər verir ki, ailə üzvlərinin, dostlarının və döyüş yoldaşlarının Albert Aqarunovla bağlı etdikləri söhbətlər, nəql etdikləri hekayələr, həmçinin arxiv sənədlər əsasında qələmə alınmış bu kitabda qəhrəmanın uşaqlıq və gənclik illərinə, şəhid olduğu ana qədər keçdiyi döyüş yoluna işıq salınmış, yaxın və doğmaların acılı-şirinli xatirələrinə yer verilib.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitab Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 50 illiyinə həsr olunub.


Azvision.az


Teqlər: Milli-Qəhraman  





Xəbər lenti