Oktay Gülalıyevdən yeni xəbər var

Oktay Gülalıyevdən yeni xəbər var
  27 Noyabr 2019    Oxunub:2044
Türkiyənin İstanbul şəhərində müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyev palataya köçürülüb.
Azvision.az xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev bildirib.

"Atam Oktay Gülalıyev Amerikan xəstəxanasında palataya köçürülüb. Vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər".

Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-da Bakının 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb.

Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olur.

Azvision.az



Teqlər: Oktay-Əsədov  





Xəbər lenti