ATƏT sədri bu gün Azərbaycana gəlir

 ATƏT sədri bu gün Azərbaycana gəlir
  27 Noyabr 2019    Oxunub:2543
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bu gün Bakıya gələcək.

Azvision.az xəbər verir ki, bu barədə Slovakiya XİN-in rəsmi nümayəndəsi Boris Qandel bildirib. Onun sözlərinə görə, Layçakın Bakıya səfəri iki gün davam edəcək. O, Slovakiyanın Bakıdakı səfirliyinin açılışında iştirak edəcək.
“Cənab Layçak Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və həmkarı Elmar Məmmədyarovla görüşəcək”, - deyə Qandel məlumat verib.

Miroslav Layçak daha sonra ATƏT-in fəaliyyətdə olan sədri kimi, 28-29 noyabr tarixlərində Ukraynaya səfər edəcək, Donbasdakı təmas xəttinə baş çəkəcək. Həmçinin, ATƏT-in vasitəçiliyi ilə demarkasiya xəttindəki piyada körpüsünün təmir olunduğu Luqansk kəndində olacaq. Bu, ATƏT sədri kimi onun Ukraynaya dördüncü səfəridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Səfər  





Xəbər lenti