Liftdə köməksiz qalan 8 nəfər xilas edildi

Liftdə köməksiz qalan 8 nəfər xilas edildi
  27 Noyabr 2019    Oxunub:1759
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Nizami, Səbail və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Xilasetmə   Lift  





Xəbər lenti