DGK sədri Abşeronda vətəndaşları qəbul edəcək

DGK sədri Abşeronda vətəndaşları qəbul edəcək
  26 Noyabr 2019    Oxunub:2202
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev noyabrın 29-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (Xırdalan şəhəri, Qalubiyyə küç.) Abşeron rayonundan olan vətəndaşları qəbul edəcək.
Azvision.az xəbər verir ki, həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Salyan rayon Heydər Əliyev Mərkəzində (Salyan şəhəri, Təbriz Xəlilbəyli küç. 126) Salyan rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Sabirabad rayon Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev pr. 95) Sabirabad və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Abşeron, Salyan, Sabirabad, Hacıqabul rayonlarının və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Azvision.az



Teqlər: DGK   Gömük-Xidməti   Səfər-Mehdiyev  





Xəbər lenti