Evdar qadınlara müavinət verilməsi mümkündür - RƏSMİ

Evdar qadınlara müavinət verilməsi mümkündür -   RƏSMİ
  26 Noyabr 2019    Oxunub:12879
"Evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara olmasa da, uşaqlara dəstək vermək üçün ünvanlanıb: "Azərbaycanda hazırda 14-ə yaxın belə sosial müavinət var. Hazırda növbəti ilin büdcə müzakirələri davam edir. Fikrimcə, qurumlar tərəfindən evdar qadınlara dəstək verilməsi təklifi olsa, məsələyə baxıla bilər. Nazirlik təkliflərə açıqdır".

Nazir müavini qeyd edib ki, evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşılmalıdır: "Müavinət, təqaüd əsasən həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa qabaqcıl təcrübəyə də baxmaq lazımdır".

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN   Anar-Kərimov  





Xəbər lenti