Keçmiş məhkumlar yenidən cinayət törətdilər

Keçmiş məhkumlar yenidən cinayət törətdilər
  25 Noyabr 2019    Oxunub:1868
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “VAZ-2107” markalı avtomobilin təkərlərini, arxa şüşəsini və maqnitofonunu sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, digər cinayət faktı paytaxtın Yasamal rayonu ərzisində qeydə alınıb.

Belə ki, Rayon Polis İdarəsinin 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun ofislərin birindən 2 ədəd kompyuter və avtomobil açarları, 1 mağazadan 330 manat və tütün məmulatları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti