Rusiyada Ermənistan vətəndaşı öldürülüb

Rusiyada Ermənistan vətəndaşı öldürülüb
  25 Noyabr 2019    Oxunub:1678
Gümrü sakini olan Ermənistan vətəndaşı Moskva yaxınlığındakı Dubna şəhərində qətlə yetirilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, qətl gecə klublarından birinin ərazisində baş verib. Belə ki, Ermənistandan olan bir qrup gənc gecə klubunda tanış şəxslərlə qarşılaşıblar. Onların arasında qətldə şübhəli bilinən Dubna sakini Sergey Ş. da olub.

Məlumata görə, iki qrup arasında vaxtilə münaqişə baş verib. Gümrü sakini Erem Qevorkyan və əmisi oğlu klubun girişində dayanarkən onlar həmin şəxsin hücumuna məruz qalıblar. Nəticədə Erem başından aldığı zərbədən ölüb, əmisi oğlu isə orta dərəcəli bədən xəsarətləri alıb.

Hüquq-mühafizə orqanları şübhəlini saxlayıblar, lakin zərərçəkən tərəfin yaxınları onun sərbəst buraxıla biləcəyindən narahatdırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qətl   Erməni  





Xəbər lenti