ABŞ jurnalistlərin səfərini dəstəkləyir

ABŞ jurnalistlərin səfərini dəstəkləyir
  25 Noyabr 2019    Oxunub:1430
ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərlərini dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“Bu cür tədbirlər əhalini sülhə hazırlayır və gərginliyi azaldır”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.

Azərbaycan XİN-in məlumatına görə, səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfər   Qarabağ  





Xəbər lenti