“ASAN xidmət” adaptiv strateji idarəetmə tətbiq edir

   “ASAN xidmət” adaptiv strateji idarəetmə tətbiq edir
  25 Noyabr 2019    Oxunub:1677
"Bu gün müraciətlərin emalı, qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi, xidmətlərin sadələşdirilməsi, təklif, şikayət mexanizminin işlənməsi proseslərinin hamısı “ASAN xidmət”də tamamilə elektronlaşdırılıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "StartupFest 2019" startapları əhatə edən beynəlxalq festivalın rəsmi açılış mərasimində deyib.

Agentlik sədri bildirib ki, “ASAN xidmət” artıq adaptiv strateji idarəetmə tətbiq edir: "Yəni real vaxt rejimində daxil olan məlumatlar maşın öyrətmə üsulu ilə təhlil olunur və proseslərdə hər hansı bir nəzərə çarpacaq dəyişikliklər yaranırsa, onlar dərhal fiksasiya olunur və buna uyğun preventiv tədbirlər görülür".

Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti