Gürcüstan müxalifəti yeni aksiyalara başlayır

Gürcüstan müxalifəti yeni aksiyalara başlayır
  25 Noyabr 2019    Oxunub:1629
Gürcüstanın birləşmiş müxalifəti parlamentin qarşısında yeni etiraz mitinqi və piket keçirəcəyini elan edib.

Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, müxalifət nümayəndələri, vətəndaş fəalları və sadə insanlar bu gün saat 19:00-da Respublika meydanına toplaşacaqlar. Daha sonra onlar Rustavelli prospektindən parlament binasına doğru hərəkət edəcəklər.
Onlar çərşənbə axşamı "Gürcü Arzusu" nümayəndələrinin parlament binasına girişinə mane olmaq üçün burada piket keçirəcəklər.

Müxalifət partiyalarının liderləri bir gün əvvəl İşçi Partiyasının ofisində keçirdikləri birgə iclasda tədbirlər planının təfərrüatlarını müzakirə ediblər.

"Düşünürəm ki, Bidzina İvanişvili güzəştə gedənə qədər bu proses davam edəcək", - deyə “Milli Hərəkat”ın liderlərindən biri Nik Meliya bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Etiraz   Aksiya  





Xəbər lenti