Gəncədə yataqxanada yanğın olub - Xəsarət alan var

Gəncədə yataqxanada yanğın olub -   Xəsarət alan var
  24 Noyabr 2019    Oxunub:2210
Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Gəncə  





Xəbər lenti