Polis aksiya ilə bağlı məlumat yaydı

Polis aksiya ilə bağlı məlumat yaydı
  15 Dekabr 2013    Oxunub:1048
BŞBPİ: Mitinqdə 700 nəfər iştirak edib.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) `Milli Şura`nın bu gün keçirdiyi aksiya ilə bağlı məlumat açıqlayıb.

AzVision.az xəbər verir ki, idarədən verilən məlumata görə, `Milli Şura`nın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşaraq keçirdiyi mitinqi saat 14.00-dən 15.00-dək davam edib: “Toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak ediblər”.

BŞBPİ-nin bildirdiyinə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.


Teqlər:  





Xəbər lenti