Milli Şuranın pərakəndə mitinqindən FOTOLAR

Milli Şuranın pərakəndə mitinqindən FOTOLAR
  15 Dekabr 2013    Oxunub:1693
AzVision.az xəbər verir ki, “Milli Şura”nın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu və digərləri başda olmaqla müxalifət liderləri artıq aksiyaya qatılıblar.

Müsavat başqanı İsa Qəmbər Ukraynada mitinqləri “qaydaya salmaq” üçün Kiyevə getdiyi üçün bahalıq qərarına etirazını yerindəcə bildirə bilmir. Meydanda 1500 nəfərə yaxın adamın olduğunu deyən əməkdaşımız bildirir ki, ACP-nin və EL Hərəkatının rəhbərləri gözə dəymir. Yada salaq ki, bu qurumlarla Milli Şuranın özəyini təşkil edən Müsavat-AXCP tandemi arasında ciddi fikir ayrılıqları var. Onlar Rüstəm İbrahimbəyovun Milli Şuradan uzaqlaşdırılmasını həzm edə bilmirlər. Bu üzdən də məşhur lətifədə olduğu kimi davranaraq qəzəblənib benzinin qiyməti ilə maraqlanmırlar.

Mitinqin aparıcısı jurnalist Şahvələd Çobanoğludur. İlk söz alan Əli Kərimli çıxışında bahalaşmaya ehtirazını bildirib. Deyib ki, benzinin ucuzlaşması üçün ölkədə haqq-ədalət qalib gəlmədir. AXCP sədri daha sonra Ukrayna xalqını nümunə göstərib: "Onlar şaxtaya-qara baxmayaraq on günlərlədir ki, meydandadırlar" deyə çarəsiz tərəfdarlarını maydana...yox, meydana çağırdı.

Qeyd edək ki, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinq üçün əvvəlcə saat 16:00-a icazə verilsə də meriyanın tələbi ilə vaxt sonradan saat 14:00-a dəyişdirilib..

Virtualaz.org

Qalereya




Teqlər:  





Xəbər lenti