Bakıda evdən qadın meyiti tapıldı

  22 Noyabr 2019    Oxunub : 1107
Bakıda evdən qadın meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Zülfüqarova Səlfinaz Hilal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Meyit