Təhsil naziri bir qrup valideynlə görüşüb

  22 Noyabr 2019    Oxunub : 1182
Təhsil naziri bir qrup valideynlə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Təhsil naziri ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib. Ceyhun Bayramov müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir həmçinin məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini xüsusi vurğulayıb.

Görüşdə nazir valideynləri maraqlandıran sualları cavablandırılıb, onların rəy və təkliflərini dinləyib.

Qeyd edək ki, yeni tədris ilindən Təhsil naziri məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirir.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi