Gürcüstanda daha 6 etirazçı saxlanılıb

  22 Noyabr 2019    Oxunub : 964
Gürcüstanda daha 6 etirazçı saxlanılıb
Tbilisidə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında aksiya keçirən müxalifət partiyalarının gənclər qanadından olan 6 etirazçı saxlanılıb.
Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, onlar birlikdə Dövlət Təhlükəsizliyi Xidməti binasının qarşısındakı zebra boyunca etiraz əlaməti olaraq yürüş edib, yolu bağlayıblar.

Nəticədə polislə toqquşma olub. Saxlanılanlar “Vahid Gürcüstan - Demokratik Hərəkatı"nın (Nino Burcanadze), Xristian Demokratik Hərəkatı (Qoça Cocua), Leyborist Partiyası (Şalva Natelaşvili) və Qalib Gürcüstan(İrakli Okruaşvili) partiyalarını təmsil edirlər.

Noyabrın 14-dən etibarən Tbilisidə proporsional seçki sisteminə keçidlə bağlı dəyişikliklərin qəbul edilməməsi etirazlara səbəb olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tbilisi   Etiraz   Aksiya