Amerikalı həmsədr: Gecələr Bakı füsünkardır

Amerikalı həmsədr: Gecələr Bakı füsünkardır
  15 Dekabr 2013    Oxunub:1394
“Gecələr Bakının görünüşü füsunkardır”. AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Səhifəsində Bakı şəhərinin gecə panoramını paylaşan Uorlik burda keçirəcəyi görüşlərdə məhsuldarlıq gözlədiyini bildirib.

Bundan başqa amerikalı həmsədr mesajının sonunda “Dağlıq Qarabağa sülh” yazıb.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda səfərdədir. Prezident İlham Əliyevlə görüşməsi gözlənilən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə müzakirlərə davam edəcəklər.



Teqlər:  





Xəbər lenti