Sumqayıt-Bakı qatarındakı problemin səbəbi açıqlanıb

  22 Noyabr 2019    Oxunub : 830
Sumqayıt-Bakı qatarındakı problemin səbəbi açıqlanıb
Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.
Bu barədə Azvision.az -a QSC-dən məlumat verilib. Bildirilib ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir.

Azvision.az

Teqlər: Qatar   Sumqayıt