Bakıda narkotik alverçisi saxlanılıb

  22 Noyabr 2019    Oxunub : 912
Bakıda narkotik alverçisi saxlanılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunan N.Quliyevdən 21 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ş.Babayev də müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə ondan isə 107 qramdan artıq heroin, 101 qramdan artıq marixuana, 39 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Azvision.az

Teqlər: Keçmiş-məhkum