Aygün Kazımovanın qardaşı azadlığa çıxdı

   Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
  22 Noyabr 2019    Oxunub:3255
Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımadə azadlığa buraxılıb.
Azvision.az xəbər verir ki, bununla əlaqədar Femida.az Xalq artistinin özü ilə əlaqə saxlayıb. Sənətçi qardaşının həbsdən çıxma xəbərini təsdiqləyib.

"Bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil - Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri tezliklə öz doğmalarına qovuşsun".

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs olunmuşdu.

Azvision.az



Teqlər: Aygün-Kazımova  





Xəbər lenti