Azərbaycanda 186 mindən çox sahibkar qadın var

  22 Noyabr 2019    Oxunub : 1388
Azərbaycanda 186 mindən çox sahibkar qadın var
Azərbaycanda qadın sahibkarların sayı açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda qadın sahibkarların sayı 186 390 nəfərdir: "2012-ci ildə bu rəqəm 73469 olub. Bu gün Azərbaycanda qadınların sahibkarlıqla məşğul olması üçün tam imkanlar var. Kənd yerlərində qadınların fəallığını artırmağa çalışırıq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahibkar   Qadın   Komitə   Hicran-Hüseynova