Sumqayıtda ağır yol qəzası: 1 ölü, 7 yaralı

  22 Noyabr 2019    Oxunub : 1663
 Sumqayıtda ağır yol qəzası: 1 ölü, 7 yaralı
Bu gecə Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, xəsarət alan yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onların müalicələri davam edir.

Üç nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Azvision.az

Teqlər: Səhiyyə   Qəza