Növbəti erməni təxribatının qarşısı alındı

Növbəti erməni təxribatının qarşısı alındı
  21 Noyabr 2019    Oxunub:3488
Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər.
Azvision.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib.

"Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və " dağlıq qarabağ xalqının" maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı - Tbilisi - Kars dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı.

Onlardan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sesdiyanın nəzərinə çardırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri- şərsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı həmin xətt Ermənistandan da keçə bilərdi və qoşu ölkə Azərbaycan iqtidadi layihələrinfən yüz milyonlarla gəlir ala bilərdii.

Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxış edərək Ermınistan nümayəndələrinin beynılxaq tədbirdə "arsax" yalanını yaymasına etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi. Azərbaycan deputatları Musa Quliyev və İlham Əliyev də Ermənistan işğalına və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə tutarlı cavab verdilər."-deyə, A. Hüseynov bildirib.

Azvision.az



Teqlər: Sofiya   Erməni   Təxribat  





Xəbər lenti