Samuxda qaz sızması partlayışa səbəb olub

Samuxda qaz sızması partlayışa səbəb olub
  21 Noyabr 2019    Oxunub:2356
Samux rayonunda qaz sızması nəticəsində partlayış olub.
Azvision.az -ın məlumatına görə, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətiyanı sahəsində yerləşən yardımçı tikilidə qaz sızması partlayışa səbəb olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Samux   Partlayış  





Xəbər lenti