Sarkisyan Paşinyanla danışıqlara başlayıb?

Sarkisyan Paşinyanla danışıqlara başlayıb?
  20 Noyabr 2019    Oxunub:3117
“Serj Sarkisyan heç vaxt və hər hansı bir məsələ ilə bağlı Nikol Paşinyanla ünsiyyət qurmayıb”.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi tərəfindən yayılan bəyanatda deyilir.

Məlumatda vurğulanıb ki, zaman-zaman bəzi KİV-də Sarkisyan və Nikol Paşinyan arasında təmaslar barədə əsassız və yanlış informasiyalar yayılır.

"Ermənistanın üçüncü prezidentinin ofisi rəsmi olaraq bəyan edir ki, Serj Sarkisyan nə vəzifəsi müddətində, nə istefa verdikdən sonra, ümumiyyətlə heç bir mərhələdə yuxarıda adı çəkilən şəxslə birbaşa və ya dolayı əlaqə qurmayıb”, - deyə qeyd olunub.

Yeganə istisna, 22 aprel 2018-ci ildə Ermənistandakı etirazlar fonunda Sarkisyan və Paşinyan arasında bir neçə dəqiqə davam edən açıq görüş olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan   Paşinyan  





Xəbər lenti