Almaniyada sabiq prezidentin oğlu qətlə yetirilib

Almaniyada sabiq prezidentin oğlu qətlə yetirilib
  20 Noyabr 2019    Oxunub:2387
Almaniya Federativ Respublikasının keçmiş prezidenti Rixard fon Vaytszekkerin oğlu Fritz von Vaytszekker Berlində rəhbərlik etdiyi klinikada mühazirə oxuyan zamanı qətlə yetirilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq prezidentin 59 yaşlı oğluna bıçaqla hücum olub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mühazirədə iştirak edən şəxslərdən biri hücumun qarşısını almağa çalışarkən ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Polis qətldə şübhəli bilinən şəxsi saxlayıb, istintaq davam edir.

Fritz von Veizsaker 2005-ci ildən “Schlosspark” klinikasının baş həkimi olub.

Xatırladaq ki, 1984-1994-cü illərdə Almaniyanın prezidenti olmuş Rixard fon Vaytszekker 2015-ci ildə 94 yaşında vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Qətl  





Xəbər lenti