Bu il boşanmaların sayı artıb

  19 Noyabr 2019    Oxunub : 926
 Bu il boşanmaların sayı artıb
Cari ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46898 nikah, 12713 boşanma halları qeydə alınıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Azvision.az

Teqlər: Statistika   Nikah   Boşanma