“Gələcəkdə yeni böyük paket qanunlar təqdim olunacaq” - Əli Hüseynli
Komitə sədri bildirib ki, proses iştirakçılarına da alternativ ekspert rəyi almaq üçün səlahiyyət verilir: “Həm təcrübəli mütəxəssislərin cəlb edilməsi yolu ilə, həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizası keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılması müddət də azalacaq”.
Ə.Hüseynli qeyd edib ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanın icrası ilə bağlı gələcəkdə yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Əli-Hüseynli