Ayaz Mirzəyev Nazirlər Kabinetindəki işindən ayrıldı

  19 Noyabr 2019    Oxunub : 2247
Ayaz Mirzəyev Nazirlər Kabinetindəki işindən ayrıldı
Ayaz Mirzəyev Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə A.Mirzəyev "Facebook" hesabında yazıb.

"Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm", - deyə tanınmış jurnalist qeyd edib.

Azvision.az

Teqlər: Ayaz-Mirzəyev   Nazirlər-Kabineti