Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq

   Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq
  18 Noyabr 2019    Oxunub:2080
"Hazırda Cəlil Məmmədquluzadənin Bakıda heykəlinin ucaldılması istiqamətində müvafiq işlər görülür".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, heykəlin ucaldılacağı yer hələ ki, müəyyənləşdirilməyib:

"Ekspertlərin rəyi ilə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün Yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq. Bilirsiniz ki, buna zaman lazımdır. Çünki, əvvəla, heykəllə bağlı müsabiqə təşkil olunacaq. Müsabiqədən sonra heykəlin kimin tərəfindən hazırlanacağı məlum olacaq və yalnız ondan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq. Bilirsiniz ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır".

Aytən Zəhra
Azvision.az


Teqlər: CəlilMəmmədquluzadə   Nazir   Müavin  





Xəbər lenti