Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib

 Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib
  18 Noyabr 2019    Oxunub:2057
Rusiya bir il əvvəl saxladığı üç gəmini Ukrayna tərəfinə təhvil verib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiya bundan sonra da naviqasiya təhlükəsizliyini təmin etmək üçün öz sərhədlərindəki istənilən təxribatın qarşısını sərt şəkildə almaq niyyətindədir.

Həmçinin vurğulanıb ki, proses əldə edilmiş razılaşmaya uyğun olaraq aparılır.

Qeyd edək ki, Rusiya sərhədçiləri 25 noyabr 2018-ci il tarixində Kerç boğazı bölgəsində üç Ukrayna gəmisini saxlayıblar. Ukrayna gəmiləri qanunsuz olaraq Rusiyanın ərazi sularına girib, nəticədə onlar tutulub.

Bundan əlavə, 24 Ukrayna dənizçisi həbs edilib. Moskva ilə Kiyev arasındakı mübadilə çərçivəsində onlar 2019-cu ilin sentyabrında Ukraynaya qayıdıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti