Keçmiş məhkum evdən pul və qızıl oğurladı

  18 Noyabr 2019    Oxunub : 1243
Keçmiş məhkum evdən pul və qızıl oğurladı
Masallıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şərəfə kənd sakini, əvvəllər məhkum olunmuş R.Zeynalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN