PKK 800 İŞİD-çini həbsxanadan azad edib

  18 Noyabr 2019    Oxunub : 1776
PKK 800 İŞİD-çini həbsxanadan azad edib
Türkiyə Müdafiə Nazirliyi PKK/YPG terror təşkilatının azı 800 İŞİD üzvünü Suriyadakı Tel Abyad həbsxanasından azad etdiyini açıqlayıb.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, Türkiyə bölgədə terrorçulara qarşı mübarizə aparan yeganə ölkədir:

“Türkiyə İŞİD-ə qarşı mübarizə aparan yeganə NATO və koalisiya ölkəsi olaraq Suriyaİraqda 4 mindən çox radikal terrorçunu zərərsizləşdirdiyi halda, PKK/YPG terror təşkilatı Tel Abyad həbsxanasından azı 800 terrorçunu azad edib. Başda İŞİD olmaqla terror təşkilatlarını bölgədən təmizləmək məqsədi daşıyan ‘Sülh çeşməsi’ əməliyyatı və son zamanlarda İŞİD-in qondarma liderlərinə qarşı keçirilən əməliyyatlar qətiyyətimizin göstəricisidir”.

Azvision.az

Teqlər: İŞİD   PKK