İrəvanda məhkum xəstəxanadan qaçıb

İrəvanda məhkum xəstəxanadan qaçıb
  18 Noyabr 2019    Oxunub:2042
Ermənistanda uzun müddətli həbs cəzasına məhkum edilən Araik Sarkisyan müalicə aldığı Erebuni xəstəxanasından qaçıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin nümayəndəsi Nona Navikyan “Facebook”da məlumat yayıb. Onun sözlərinə görə, hadisə səhər saat 5 radələrində baş verib.

"Nubaraşen həbsxanasında cəza çəkən 1988-ci il təvəllüdlü Araik Sarkisyan xəstəxana palatasından qaçıb", deyə o, yazıb.

Sarkisyan əvvəllər 7 dəfə məhkum edilib. Sonuncu dəfə oğurluğa görə 6 il 5 ay həbs cəzasına məhkum edilib.

Ədliyyə Nazirliyi onun fotosunu yayıb, axtarışlar davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Ermənistan  





Xəbər lenti