Hikmət Hacıyev Kolumbiya səfiri ilə danışıqlar aparıb

  18 Noyabr 2019    Oxunub : 975
Hikmət Hacıyev Kolumbiya səfiri ilə danışıqlar aparıb
Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevlə görüş keçirib.
Kolumbiyanın Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, tərəflər Kolumbiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan və Kolumbiya arasında əlaqələrin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə edilib.

Səfir Hikmət Haciyevə ölkəsindəki son hadisələr barədə məlumat verib və sülh sazişinin icrasındakı irəliləyiş və miqrasiya böhranı kimi məsələlərə toxunulub.

Tərəflər ticarət, turizm, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələri gücləndirmək üçün mümkün əməkdaşlıq layihələrini müzakirə ediblər.

H.Hacıyev Kolumbiya Prezidentinin diplomatik nümayəndəlik səviyyəsində qərarını məmnuniyyətlə qarşılayıb və səfirə Azərbaycanda vəzifəsi müddətində ikitərəfli əlaqələrin daha inkişaf edəcəyinə tam inamını ifadə edib, ona uğurlar arzulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Hikmət-Hacıyev   Kolumbiya   Səfir