Zaqatalada iki yanğın hadisəsi olub

Zaqatalada iki yanğın hadisəsi olub
  17 Noyabr 2019    Oxunub:2344
Zaqatala rayonunun Əliabad qəsəbəsində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatalanın Car kəndində isə ümumi sahəsi 44 m² olan köməkçi tikilinin tavanı 6 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti