Gürcüstan müxalifəti parlamentin giriş-çıxış qapılarını bağlayıb - Yenilənib

 Gürcüstan müxalifəti parlamentin giriş-çıxış qapılarını bağlayıb -  Yenilənib
  18 Noyabr 2019    Oxunub:8080
Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.

Müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.
Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.

***
Gürcüstan birləşmiş müxalifəti noyabrın 17-də paytaxt Tbilisidə, parlamentin binası qarşısında etiraz aksiyası keçirib.

Beş minə yaxın insanın iştirak etdiyi aksiyada növbədən kənar parlament seçkilərinin keçirilməsi, ölkədə proporsoinal seçki sisteminə keçid, müvəqqəti hökumətin yaradılması tələb olunub.

Tbilisidə Puşkin parkından başlayan yürüşün iştirakçıları da parlamentin binası qarşısında aksiyaya qoşulublar.

Gürcüstan Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Tsiskarisvili AZƏRTAC-a müsahibəsində deyib: “Biz ölkəmizdə demokratiyanın təmin olunması, hamının bərabər şəkildə, eyni hüquqlar çərçivəsində, qonşularla təmiz dostluq şəraitində yaşamasını istəyirik. Lakin indiki hakimiyyətdə bunu istəməyən qüvvələr var. Məqsədimiz onları hakimiyyətdən uzaqlaşdırıb, yeni, daha demokratik, Avropa dəyərlərinə sadiq dövlət qurmaqdır. İnanırıq ki, buna nail olacağıq”.

Siyasətşünas Simon Kopadze də aksiyadan böyük dəyişikliklər gözlədiyini bildirib: “Bu ilin iyununda indiki iqtidar proporsoinal seçki sisteminə keçidlə bağlı xalqa vəd verdi. Lakin bu vədə əməl etməyən iqtidar əslində bu addımı ilə bütün müxalifəti birləşdirdi. İnanıram ki, bu birlik çox şeyə nail olacaq”.

***
Gürcüstanın müxalifət partiyaları parlamentin binası qarşısında etiraz aksiyası keçirir.

Azvision.az xəbər verir ki, “Gürcüstanı dəyişək!” şüarı səsləndirən aksiya iştirakçıları müvəqqəti keçid hökumətinin yaradılmasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Aksiyaya iki mindən çox insan qatılıb.



Azvision.az



Teqlər: Tbilisi   Gürcüstan   Aksiya   Etiraz  





Xəbər lenti