Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı

Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı
  17 Noyabr 2019    Oxunub:2911
Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinin birinci günündə idmançılarımız uğurla çıxış edərək bir qızıl, iki bürünc medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasından Azvision.az -a verilən məlumata görə, ölkəmizi qitə turnirində 50 kiloqram çəki dərəcəsində təmsil edən Nurlan Kərimli finalda italiyalı idmançı Pietro Andreinini məğlub edərək Avropa kubokunun qalibi olub.

Komandamızın digər üzvləri Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) bürünc medal əldə ediblər.

Azərbaycanın 7 cüdoçusunun qatıldığı Avropa kuboku yarışlarında 31 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Turnirə noyabrın 17-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo   Yarış  





Xəbər lenti