Rusiya Azərbaycan tankerin müsadirə etdi

Rusiya Azərbaycan tankerin müsadirə etdi
  14 Dekabr 2013    Oxunub:1132
“Naftalan” tankerinin müsadirəsi xəbərinə Xəzər gəmiçiliyindən reaksiya gəldi.
AzVision.az xəbər verir ki, Azərbaycan Xəzər Gəmiçiliyi İdarəsinin “Naftalan” gəmisi Rusiya qanunlarına əsasən müsadirə olunub. Bu haqda Axar.az-a idarənin səlahiyyətlisi məlumat verib. Bildirilir ki, “Naftalan” gəmisi bu ilin avqust ayında Xəzər dənizinin Rusiya Federsiyasına aid ərazisində qaçaqmalla həbs olunmuşdu. Türkmənbaşı limanından Rusiyanın Mahaçqala limanına qeyri-qanuni yük daşıyan tankerimiz 5 aya yaxın müddətə Mahaçqala limanında “əsirlikdə” qalıb. Gəminin yükü ikili sənədləşmə ilə rəsmiləşdirilibmiş. Faktiki olaraq gəmidə 4.500 ton xam neft olsa da, bu, sənədləşmədə mazut kimi göstərilib.

Məlumat üçün qeyd edək ki, xam neftin tonu 650-700 ABŞ dolları civarında, mazut isə 220 dollaradır. Rusiya qanunlarına görə, Federasiyanın ərazisində qaçaqmalçılıq və narkotik maddə daşıyan istənilən nəqliyyat vasitəsi müsadirə olunur. Hal-hazırda Rusiya tərəfindən müsadirə olunan “Naftalan” gəmisinin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və kapitanın 2-ci köməkçisi Ülvi Nobel oğlu Sultanzadə həbs olunub. Bununla bağlı Xəzər Dəniz Gəmiçiliyində daxili araşdırmalar artıq yekunlaşmaq üzrədir. İdarədən verilən məlumata görə, Rusiya qaçaqmala görə müsadirə etdiyi gəminin dəyərinin tələb edib, sabiq rəis A.Bəşirov isə bundan imtina edib. Ona görə də “Naftalan”ın rəsmən müsadirə edildiyi barədə Rusiya Federasiyası qərar çıxarıb. İdarədə daxili təhqiqat zamanı daha müdhiş faktlar da ortaya çıxıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Məmmədov “Yeni Müsavat”a deyib ki, “Naftalan” tankerinin müsadirə olunması haqda məlumatlı deyil: “Əgər belə bir məsələ olsaydı, bu haqda məlumatlı olardıq”.

Qeyd edək ki, “Naftalan” tankeri saxlanandan sonra faktla bağlı FTX-nin Dağıstan üzrə idarəsi tərəfindən avqustun 4-də Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb. Hazırda “Naftalan” tankeri Mahaçqala dəniz limanına çəkilib. Tankerin kapitanı ilə köməkçisi Mahaçqala istintaq təcridxanasında həbsdə, 15 heyət üzvü isə tankerdə faktiki olaraq girovluqdadırlar.

Azərbaycan üzərindən qaçaqmal nefti daşındığı haqda iddialar çoxdan mövcuddur, ancaq indiki halda Rusiya kəşfiyyatının keçirdiyi bu əməliyyat bu məlumatları danılmaz fakta çevirib.


Teqlər:





Xəbər lenti