Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib

 Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
  17 Noyabr 2019    Oxunub:5028
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.

Azvision.az



Teqlər: MehribanƏliyeva   Təbrik  





Xəbər lenti