“CinemaPlus”da “Ford Ferrariyə qarşı”

“CinemaPlus”da “Ford Ferrariyə qarşı”
  15 Noyabr 2019    Oxunub:1371
“28 Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında real hadisələrə əsaslanan “Ford Ferrariyə qarşı” filminin premyerada öncə nümayişi baş tutub.
"CinemaPlus"dan Azvision.az -a verilən məlumata görə, dadlı furşet içkilərin yer aldığı tədbirin yadda qalan hissəsi kinoteatrın filmin mövzusuna uyğun dekorasiya ilə əhatələnməsi, ölkənin ilk konseptual kaver qrupu “Harmony Music Band”in şousu olub.



Filmin rejissoru Ceyms Manqolddur. Baş rollarda Mett Deymon, Kristian Beyl, Katrina Balf çəkilib.

Filmdə 1960-cı illərdə fəaliyyət göstərən bir qrup amerikalı mühəndis və dizaynerdən bəhs edilir. Konstruktor Kerrolla Şelbinin rəhbərliyi və britaniyalı yarışçı Ken Maylsın dəstəyilə yeni idman avtomobili yaradılmalıdır. O, “Ferrari”yə qalib gəlməli, 24 saat davam edəcək yarışa dözümlü olmalıdır.



Tədbirin təşkilinə dəstək göstəriblər: FORD Azərbaycan, Baku City Karting, “Light in Black”, “Harmony Music Band”, “Kolorit” kafesi, “Abşeron Şərab”, “Şeh Su” və “Red Bull”.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.









Azvision.az




Teqlər:





Xəbər lenti