Tbilisidə yenidən etiraz aksiyası keçirilir - FOTO

   Tbilisidə yenidən etiraz aksiyası keçirilir -    FOTO
  17 Noyabr 2019    Oxunub:1986
Gürcüstanın birləşmiş müxalifəti paytaxt Tbilisidə, ölkə parlamentinin binası önündə etiraz aksiyasını noyabrın 16-da bərpa edib.
Aksiyaya mindən çox insan qatılıb. İştirakçıların əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Müxalifət, həmçinin ölkədə müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edir.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.

Müxalifət noyabrın 17-də saat 15:00-da ölkə üzrə ümumxalq yürüşü və böyük mitinq keçirmək barədə qərar qəbul edib. (AzərTAc)







Azvision.az


Teqlər: Gürcüstan   Tbilisi   Etiraz   Aksiya  





Xəbər lenti