ANAMA DİN-dən daxil olan məlumatı araşdırdı

ANAMA DİN-dən daxil olan məlumatı araşdırdı
  16 Noyabr 2019    Oxunub:2201
Noyabrın 16-da saat 10:35-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Mirzənağılı kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə bir evə və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan metal əşya aşkarlanıb. Həmin əşya götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti