Yolu keçən qadını maşın vurub öldürdü

  16 Noyabr 2019    Oxunub : 1623
 Yolu keçən qadını maşın vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Səbinə Həsənova Ağcabədi rayon sakini İ.Məhəmmədlinin idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Piyada   Qəza