Sumqayıtda kəskin qoxunun yayıldığı ərazidə araşdırma aparılır

Sumqayıtda kəskin qoxunun yayıldığı ərazidə araşdırma aparılır
  16 Noyabr 2019    Oxunub:1802
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gediblər. Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.
Azvision.az -ın məlumatına görə, nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.

Hazırda araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: ETSN   Sumqayıt   Araşdırma  





Xəbər lenti